...

KTMT-nin Qırğızıstandakı aviabazası daha güclü olmalıdır – təşkilatın baş katibi

Siyasət Materials 20 Aprel 2009 15:33 (UTC +04:00)
KTMT-nin Qırğızıstandakı aviabazası daha güclü olmalıdır – təşkilatın baş katibi

"Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatının (KTMT) Kantdakı aviabazası keyfiyyət və kəmiyyət baxımından daha güclü olmalıdır", - bu gün mətbuat konfransında, Bişkekdə səfərdə olan KTMT-nın Baş katibi Nikolay Bordyuja deyib. "24.kg" İnformasiya Agentliyi xəbər verir.

Onun sözlərinə görə, yaxın zamanlarda Rusiya HHQ-nin baş komandanı "Kant" aviabazasında hərbi təyyarələrin sayının artırılması planlarını açıqlayıb. "Bu, Mərkəzi Asiya və Əfqanıstandakı duruma uyğundur", - Bordyuja qeyd edib. O, həmçinin qeyd edib ki, KTMT əməliyyatlarına hava dəstəyini təmin etməyə xidmət edir.

Xəbər lenti

Xəbər lenti