...

Azərbaycan Prezidenti İKT dövlətlərinin hüquq mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul edib

Siyasət Materials 21 Aprel 2009 17:59 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. Dövlət başçısı qəbulda çıxış edib.
İslam Konfransı Təşkilatı Baş katibinin siyasi məsələlər üzrə müavini İzzət Kamal Mufti konfransın yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə görüş iştirakçıları adından Prezident İlham Əliyevə təşəkkür edib və İKT-nin Baş katibi Ekmələddin İhsanoğlunun salamlarını çatdırıb.
Dövlət başçısı konfrans iştirakçılarına uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti