...

İraqda baş verən partlayış nəticəsində 20 iranlı həlak olub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Aprel 2009 18:27 (UTC +04:00)

İran televiziyasının verdiyi məlumata əsasən, Bağdadda baş vermiş partlayış zamanı 20 iranlı həlak olub.

Partlayış nəticəsində 55 nəfər ölüb, 100 nəfər yaralanıb.

Lakin Mehr agentliyinin verdiyi məlumata əsasən, partlayış zamanı 5 iranlı ölüb. "Partlayış nəticəsində 5 iranlı həlak olub və 28-i yaralanıb", - İranın "Həcc və səyahətlər" təşkilatının sədri Hüseyn Əkbəri deyib. Yaralananlar Tehran sakinləridir və onlar müqəddəslərin qəbirlərini ziyarət etmək üçün İraqa gediblər.
Bu gün İraqda iki terror aktı nəticəsində 80-dan artıq ansan həlak olub və təqribən 120 insan yaralanıb. Bağdadda əhaliyə humanitar yardım paylayan bir qrup polisin yanında kamikadze özünü partladıb. Terror aktı nəticəsində təqribən 28 adam ölüb, 50 nəfər yaralanıb. 

İraqın İmam Vais yaşayış məntəqəsində kamikadze-qadın özünü restoranda partladıb. Nəticədə 55 nəfər həlak olub, 67 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti