...

Azərbaycan Prezidenti Rusiya FTX-nin direktorunun birinci müavinini qəbul edib

Siyasət Materials 24 Aprel 2009 19:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Proniçevi qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  

Proniçev Azərbaycan, Rusiya və İranın sərhəd xidməti rəhbərlərinin Bakı görüşünün 2007-ci ildə dövlət başçılarının Tehran görüşü zamanı verdikləri tapşırıqlara əsasən təşkil olunduğunu vurğulayaraq, görüşdə Xəzər regionunun təhlükəsizliyi ilə əlaqədar məsələlərin müzakirə edildiyini bildirib.

O, Rusiya Sərhəd Xidməti ilə Azərbaycanın Dövlət Sərhəd Xidməti arasında dostluq münasibətlərinə əsaslanan əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib. 

Rusiya Federasiyasına səfərini xatırladan dövlətimizin başçısı Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən sərhəd xidməti sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan, Rusiya və İran sərhəd xidmətləri rəhbərlərinin Bakıda keçirilən görüşünün həm ikitərəfli, həm də çoxtərəfli formatda müzakirələr aparmaq üçün yaxşı imkan yaratdığını bildirib.

Xəbər lenti

Xəbər lenti