...

Azərbaycan Prezidenti Sumqayıt şəhərinin 60 illik və BDU-nun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib

Siyasət Materials 24 Aprel 2009 20:58 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda ölkə başçısı noyabr ayında Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yubileyə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini qərara alıb.

İlham Əliyev digər Sərəncamında sentyabr ayında Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən yubileyə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini qərara alıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamlardan irəli gələn məsələlərin  həlli tapşırılıb.
Hər iki Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti