...

Gürcüstanın xarici işlər naziri Litvaya rəsmi səfər edəcək

Siyasət Materials 27 Aprel 2009 13:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 aprel / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze 28-29 aprel tarixlərində Litvaya rəsmi səfər edəcək. Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Vaşadze aprelin 28-də Vilnüsdə Litva Preizdenti Valdas Adamkus, parlament sədri Arunas Valinsas, Baş nazir Andrius Kubilius və xarici işlər naziri Viqaudas Uşatskas ilə görüşəcək.

Görüşdən sonra iki ölkənin xarici işlər naziri Gürcüstan və Litva arasında əməkdaşlıq xartiyası imzalayacaq və birgə mətbuat konfransı keçirəcəklər. Həmin gün Litvanın İncəsənət Muzeyində Gürcüstan Prezidentinin yazdığı kitabın təqdimatı olacaq.

Aprelin 29-da Vaşadze Vitautas Maqnus adına Universitetin rektoru ilə görüşəcək. Görüşdən sonra Gürcüstanın xarici işlər naziri diplomatiya və siyasi elmlər fakultlərinin tələbələri üçün mühazirə oxuyacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti