...

Gürcüstan XİN Gürcüstandan Şimali Qafqaza silahlı qruplaşmanın müdaxilə etmək imkanını tamamilə təkzib edir

Siyasət Materials 27 Aprel 2009 14:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan XİN Gürcüstandan Şimali Qafqaza silahlı qruplaşmanın müdaxilə etmək imkanının olmasını istisna edir. Bu haqda bu gün XİN-dəki ənənəvi brifinqdə Gürcüstanın xarici siyasət qurumunun siyasi departamentinin başçısı Zurab Kaçkaçişvili bildirib.

Ötən həftə Rusiya KİV-i rəsmi strukturlara istinadən Gürcüstandan Çeçenistana 60 nəfərlik terrorist qrupunun daxil olmaq istədiyini yazıb. Onlar israr edirlər ki, terrorçular ölkəyə Pankis dərəsi vasitəsilə daxil olmağa çalışıb və terror aktları hazırlayırlarmış.

"Rus tərəfinin bu ittihamı iki məqsəd güdür - Gürcüstanı terrorçulara dəstəkdə ittiham etmək və bu dezinformasiyadan Gürcüstana qarşı mümkün əməliyyatlar zamanı bəraət kimi yararlanmaq", - Kaçkaçişvili deyib.

O, Pankis dərəsindən çeçen döyüşçülərinin keçid cəhdini tamamilə təkzib edib, çünki onlar orda yoxdurlar. "Buna dərədə dəfələrlə təftiş keçirən bir çox beynəlxalq təşkilatlar əmin olublar", - Gürcüstan XİN nümayəndəsi qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti