...

Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulovs QİÇS-lə bağlı konfransda iştirak edir

Siyasət Materials 29 Aprel 2009 15:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulovs ölkənin tibb işçilərindən ibarət nümayəndə heyyəti ilə birgə Litvada işgüzar səfərdədir. Rulovsun mətbuat xidmətindən verilən məlumata əsasən, Gürcüstanın birinci xanımı QİÇS-ə həsr olunmuş V Avropa konfransında iştirak edir. O, eləcə də Gürcüstan Prezidenti Mixail Saakaşvilinin fransız dilində nəşr olunmuş "Azadlıq barədə söhbətlər" adlı kitabının Litva dilində tərcüməsinin təqdimat mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Rulovs Litvanın birinci xanımı Alma Adamkusla görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti