...

ŞƏT qonşu ölkələrdəki vəziyyəti nəzərə alaraq təhllükəsizlik məsələlərini həll etməlidir – Rusiya Prezidenti

Siyasət Materials 29 Aprel 2009 17:00 (UTC +04:00)
ŞƏT qonşu ölkələrdəki vəziyyəti nəzərə alaraq təhllükəsizlik məsələlərini həll etməlidir – Rusiya Prezidenti

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri təşkilatın qeyri-hərbi mahiyyət daşıdığına baxmayaraq təhlükəsizlik məsələlərini qonşu dövlətlərdəki reallıqları nəzərə alaraq həll etməlidirlər. RİA Novosti-nin məlumatına əsasən, bu barədə Rusiya Prezidenti Dmitri Medvedyev ŞƏT ölkələri müdafiə nazirləri ilə Kremldə keçirilən görüş zamanı deyib. 

"Bu təbiidir, çünki ŞƏT hərbi blok olmayaraq təsis sənədlərinə uyğun müxtəlif məsələləri həll etməlidir. Qurumun sənədləri üzv ölkələrə təhlükəsizlik məsələlərinin həllində, terrorçuluq və narkocinayətkarlıq kimi müasir dövrün ağır təhlükələrindən qorunmaqda yardım etməlidir", - Rusiya Prezidenti deyib.

O qeyd edib ki, ŞƏT-in yerləşdiyi region ümumilikdə heç də sadə deyil və iştirakçı ölkələri əhatə edən reallıqları nəzərə almaya bilmərik. Rusiya Prezidentinin sözlərinə əsasən, təhlükəsizlik və birsıra məsələlərlə bağlı əlaqəli hərəkət etmək vacibdir.

Medvedyev belə görüşlərin davam edəcəyinə və xeyirli olacağına əminliyini bildirib.

"ŞƏT rəhbərliyinin yüksək səviyyədə görüşləri ilə mənim həmkarlarımla görüşlərim bir sıra sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə ölkələrimiz arasında qarşılıqlı əlaqələr üçün zəmin yaradır", - Rusiya dövlət başçısı qeyd edib.

Prezidentin Kremldə keçirdiyi görüşdə Rusiya, Qırğızıstan, Çin, Tacikistan müdafiə nazirləri, Qazaxıstan müdafiə nazirinin birinci müavini və Özbəkistan müdafiə nazirinin müavini iştirak ediblər. Görüşdə həmçinin, ŞƏT-in baş direktoru və təşkilatın regional antiterror qurumunun icraiyə komitəsinin direktoru iştirak edib.

ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Monqolustan, İran, Hindistan və Pakistan müşahidəçi qismində təşkilatda iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti