...

Brüsseldə NATO-Gürcüstan komissiyasının iclası keçiriləcək

Siyasət Materials 30 Aprel 2009 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Mayın 6-da Brüsseldə, NATO-nun Gürcüstandakı hərbi təlimləri ilə paralel olaraq NATO-Gürcüstan komissiyasının iclası keçiriləcək. Gürcüstanın alyansdakı səfiri Revaz Beşidzenin məlumatına görə, iclasda illik fəaliyyət planının gedişi haqda məruzə dinləniləcək və münaqişə zonalarındakı durum müzakirə olunacaq.

Bununla yanaşı, Brüsseldə həmçinin NATO üzvləri və tərəfdaşlarının baş qərargah rəislərinin iclası keçiriləcək ki, orada Gürcüstan Silahlı Qüvvələrinin birləşmiş qərargahının başçısı da iştirak edəcək.

Beşidzenin sözlərinə görə, bu və digər məsələlər ətrafında müzakirələr aparılacaq. Səfir həmçinin qeyd edib ki, "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində planlaşdırılmış təlimlər haqda da müzakirələr gedəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti