...

İraqın Azərbaycandakı səfirliyi ali məktəbdə baş vermiş faciə ilə bağlı başsağlığı verib

Siyasət Materials 1 May 2009 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir C.Babayeva/

İraqın Azərbaycandakı səfirliyi Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı başsağlığı verib.

"İraqın Azərbaycandakı səfirliyi Azərbaycan Dövlət Neft Akademiyasının müəllim və tələbələrinin günahsız qurbana çevrildiyi hadisə xəbərini kədr və hüznlə qarşılayaraq bu əməli qətiyyətlə pisləyir", səfriliyin cümə günü yaydığı başsağlığında bildirilib.

İraq səfirliyi həlak olanlara rəhmət diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.   

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti