Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Dövlət Neft Akademiyasında insanların həlak olması ilə nəticələnmiş faciə ilə əlaqədar cümə günü dövlət başçısı İlham Əliyevə başsağlığı verib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Başsağlığında Belarusun dövlət başçısı bildirib ki, Bakıdan alınmış dəhşətli xəbər hər bir belaruslunu qəlbən sarsıdıb.
Lukaşenko həlak olanların doğmalarının və yaxınlarının dərdinə şərik olduğunu bildirib.