...

Azərbaycan və Yunanıstan parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri Bakıda müzakirə olunacaq

Siyasət Materials 2 May 2009 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan və Yunanıstan parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri Bakıda müzakirə olunacaq.

Yunanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Konstantinos Tsiarasın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 5-də Azərbaycana gələcək, şənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Səfərin məqsədi Yunanıstan və Azərbaycan qanunverici orqanları arasında, eləcə də digər sahələrdə əlaqələrin hərtərəfli inkişafına dair fikir mübadiləsi aparmaqdır.

Yunanıstan Parlamenti nümayəndə heyətinin Milli Məclisdə, Səhiyyə, Sənaye və Energetika nazirliklərində, XİN-in Diplomatik Akademiyasında, "Azərbaycan Hava Yolları" QSC-də görüşlər keçirəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti