...

ABŞ Prezidenti Azərbaycanda təhsil ocağında baş vermiş faciə ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 5 May 2009 20:03 (UTC +04:00)

ABŞ Prezidenti Barak Obama aprelin 30-da Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Dövlət Neft Akademiyasında vətəndaşlarınızın həlak olması və yaralanması ilə bağlı dərin hüznlə başsağlığımı qəbul etməyinizi xahiş edirəm. Azərbaycanın dostu və tərəfdaşı kimi hadisə qurbanlarına dualarımızı çatdırır və onların ailələrinin dərdlərinə şərik çıxırıq", - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti