...

Bu gün Gürcüstanda qiyamçılara ittiham irəli sürüləcək

Siyasət Materials 6 May 2009 14:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 may / Trend , müxbir N.Kirtsxlaiya /

Muxrovanidəki qiyamda şübhəli bilinən hərbçilərə bu gün ittiham irəli sürülməsi gözlənilir.

Gürcüstan DİN-dən verilən məlumata görə, bu ana qədər 7 hərbçi və 13 mlüki vətəndaş həbs olunub. Daha üç nəfər - Amiridze, Otanadze və Krialaşvilinin axtarışı aparılır. Onların yeri haqda xəbər verilməsinə görə polis 50 min lari mükafat təyin edib.

Həbs olunanların əksəriyyəti konstitusiya quruluşunun zorla devrilməsinə cəhddə ittiham olunacaq. Onların əksəriyyəti hazırda "Modul" adlandırılan binada yerləşdirilib. Onlar burada vəkillərinin yanında dindirilir.

Həbs olunmuşların tam siyahısı hələ dərc olunmayıb. Məlumdur ki, həbs olunanların içərisində Rusiyanın xeyrinə casusluqda ittiham olunan, müstəqil ekspert Vaxtanq Maisaya da var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti