Azərbaycan Prezidenti İlham Əliyev bu gün Çexiya Prezidenti Vatslav Klausla görüşüb. Görüş Azərbaycan Prezidentinin Çexiyaya səfəri çərçivəsində baş tutub. Məlumatı AzTV telekanalı yayıb.
Görüş zamanı Azərbaycan və Çexiya arasında iqtisadiyyat, siyasət sahəsində ikitərəfli əlaqələr, onların inkişafı, Dağlıq Qarabağ münaqişəsi və energetika məsələləri müzakirə edilib.