...

Azərbaycanın Gənclər və İdman Nazirliyi gənclər üçün kurslar təşkil edib

Siyasət Materials 6 May 2009 22:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may / Trend / Avropa Şurasının gənclər fondunun, Azərbaycanın Gənclər və İdman Nazirliyinin, habelə "Qayğı" humanitar-sosial ictimai birliyin dəstəyi ilə aprelin 30-dan mayın 4-dək "Gənclər arasındakı dialoq etnik birliyin vasitəsi kimi" mövzusunda tədris kursları keçirilib. Kurslar müxğəlif millətlərin nümayəndələrinin yaşadığı Oğuz rayonunda təşkil olunub.
 
Kursun əsas məqsədi gənclərin münaqişələrin qarşısının alınması və həll edilməsi ilə bağlı maarifləndirilməsi, habelə Avropa dəyərlərinin təbliği olub.

Bu kurslarda QHT-lərin 30 nümayəndəsi, eləcə də 15-30 yaş arasında olan və konfliktologiya ilə siyasi elmləri öyrənməyə maraq göstərən gənclər iştirak edib.

Xəbər lenti

Xəbər lenti