...

Gürcüstan DİN rezin güllələrdən istifadə edilməsini təkzib edib

Siyasət Materials 7 May 2009 16:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan DİN informasiya və analiz departamentinin rəisi Şota Utiaşvili müxalifətin Tbilisi polisinin Baş İdarəsinin qarşısında aksiya iştirakçılarına qarşı rezin güllələrdən istifadə olunması ilə bağlı bəyanatı təkzib edir.

"Xüsusi təyinatlı dəstə rezin güllələrdən istifadə etməyib. Müxalifət liderləri və onların tərəfdarları polis binasına daxil olmaq istəyəndən sonra taxtalarla zərbələr alıblar", - Utiaşvili bildirib.

Onun sözlərinə görə, müxalifətçilər polisləri daşa basıb ki, nəticədə 6 polis xəsarət alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti