...

Bütün Gürcüstanın Patriarxı Fransaya səfər edəcək

Siyasət Materials 12 May 2009 11:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 may / Trend , müxbir N.Kirtsxalia /

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya bu gün Fransaya yollanacaq və orada yeni gürcü baş kilsəsinin açılışında iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə Qərbi Avropanın mitropoliti Avraam, Lazeti və Batuminin mitropoliti Dmitri, Patriarxlığın xarici şöbəsinin sədri, Zuqdidi-Saişin mitropoliti Gerasim, Vani və Baqdatinin baş yepisqopu Anton, baş rahib David, arximandrit Konstantin, protopresviter Giorgi, arxidyakon Demetre, patriarxın katib-referenti Şoren Tetruaşvili daxil olacaq.

Mayın 14-də, Parisdə Müqəddəs çariça Tamarın rəhmət duası oxuyacağı gün onun adına yeni gürcü baş kilsəsinin açılış mərasimi keçiriləcək. Kilsə ilk olaraq Patriarxa xidmət göstərəcək.

Yeni kilsədə Anton ata xidmət göstərəcək, kilsənin memarı Arçil Mindiaşvilidir, freskalar isə Mamuka Mikeladzeyə məxsusdur.

Səfər çərçivəsində Fransanın hokumət nümayəndələri, Fransa kardinalı və gürücü disporu ilə görüşlərin keçirilməsi planlaşdırılıb.

Nümayəndə heyəti vətənə mayın 15-də qayıdacaq.

Xəbər lenti

Xəbər lenti