...

Radikal müxalifət Konstitusiyaya dəyişikliklərlə bağlı iqtidarla işləmək fikrində deyil

Siyasət Materials 12 May 2009 15:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 may / Trend , müxbir N.Kirtsxaliya /

Radikal müxalifət Konstitusiyaya dəyişikliklər üzərində işləyən qrupa daxil olmaq fikrində deyil. "9 aprel komitəsi"nə daxil olan partiyalar adından bəyanatı "Vahid Gürcüstan uğrunda" partiyasının baş katibi Eka Beseliya səsləndirib.

Beseliya qeyd edib ki, partiyanın komitəsinə daxil olanların hamısı hesab edir ki, ölkəni böhrandan yalnız Prezident Saakaşvilinin istefası və vaxtından əvvəl prezident seçkiləri çıxara bilər. Onun sözlərinə görə, konstitusiya islahatları ilə bağlı iş üzrə qrup durumun gərginliyini azaltmayacaq, əksinə daha da çoxaldacaq. Beseliya qeyd edib ki, vəziyyət süni şəkildə gərginləşdirilir.

"Mənə elə gəlir ki, hakimiyyət durumu bilərəkdən böyük gərginliyə doğru aparır", - Beseliya qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti