...

Azərbaycan Prezidenti Slovakiyanin Baş nazirinin müavini, ədliyyə nazirini qəbul edib

Siyasət Materials 12 May 2009 20:58 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də Slovakiyanın Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə ölkələrimiz arasında uğurla inkişaf edən əməkdaşlıq çərçivəsində ədliyyə sistemlərinin əlaqələrinin inkişaf etdirilməsi üçün geniş hüquqi bazanın mövcud olduğu vurğulanıb. Azərbaycan Ali Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsinin ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Xəbər lenti

Xəbər lenti