"Bütün dövlətlərin əməkdaşlıq edəcəyi Cənubi Asiya regionuna iqtisadi inteqrasiyanın əldə edilməsi mümkün olan məqsəddir", - Əfqanıstana yardım məqsədilə regional əməkdaşlığa həsr edilmiş, Pakistanda keçirilən üçüncü konfransda iştirak edən Əfqanıstan Prezidenti Həmid Kərzayi deyib.
"Növbəti addım ondan ibarətdir ki, olduğumuz regionu düzgün dəyərləndirərək praktiki məsələlərə nəzərlərimizi cəmləyib daha yüksək səviyyəyə qalxaq", - Kərzayi qeyd edib.
Onun sözlərinə əsasən, Əfqanıstan müxtəlif layihə və tədbirlərə köklənib ki, bunlar da regional əməkdaşlığın gücləndirilməsinə yönəlib. "Sözügedən layihələr içərisində ən vacibi CASA - 1000-dir ki, onun reallaşacağından sonra 1000 mVt elektrik enerjisi tranzit yolu ilə Qırğızıstan və Tacikistandan Əfqanıstan vasitəsi ilə Pakistana çatdırılacaq", - Kərzayi bildirib.
Onun sözlərinə əsasən, daha bir vacib layihə Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistandan keçərək Pakistanı təbii qazla təmin edəcək TƏPH boru kəməridir.