...

Əfqanıstan və Pakistandakı çaxnaşmalar köklü şəkildə həll olunmasa, digər ölkələrə də yayılacaq – İranın XİN başçısı

Siyasət Materials 14 May 2009 14:09 (UTC +04:00)

Pakistanın sabitliyi və təhlükəsizliyi İranın sabitliyi deməkdir. Əgər Əfqanıstan və Pakistandakı çaxnaşmalar köklü şəkildə həll olunmasa, həm Şərqə və həm Qərbə doğru inkişaf edəcək", - deyə İranın xarici işlər naziri Mənuçöhr Müttəki cümə axşamı Pakistanın Pəncab əyalətinin başçısı Şahbaz Şəriflə Tehranda keçirdiyi görüşündə bildirib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Müttəki bildirib ki, Pakistan və İran arasında iqtisadi əməkdaşlıq üçün çox geniş potensial mövcuddur və bu potensialdan istifadə olunmalıdır.

Müttəki əlavə edib ki, bu sabitsizlik yalnız Əfqanıstan və Pakistan üçün deyil, bütün region ölkələri üçün təhlükəlidir.

Xəbər lenti

Xəbər lenti