...

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Siyasət Materials 15 May 2009 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir Y.Ostapenko /

Avropa İttifqının (Aİ) Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi mayın 19-20-də Azərbaycana ikigünlük səfər edəcək. Bu barədə Avropa Komissiyasının Azərbaycandakı nümayəndə heyətinin press-relizində deyilir.

Aİ-nin xüsusi nümayəndəsi Semnebi Azərbaycan iqtidarı ilə mütəmadi məsləhətləşmələri çərçivəsində Azərbaycan Hökuməti, diplomatik korpus və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.

Semnebinin səfəri zamanı mətbuat brifinqi planlaşdırılmasa da, səfərin nəticələri barədə xüsusi nümayəndənin mətbuat xidməti ətralflı press-reliz yayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti