...

Radikal müxalifət əcnəbilərin gözü ilə son dərəcə mənfi görünür – Prezident Saakaşvili

Siyasət Materials 18 May 2009 20:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 may / Trend , müxbir N.Kirtsxaliya /

"Radikal müxalifət əcnəbilərin gözü ilə son dərəcə mənfi görünür", - bu gün Kaxetidə parlament çoxluğu ilə görüş zamanı Gürcüstan Prezidenti Mixail Saakaşvili deyib.

"Bu bizi sevindirməməlidir. Çünki belə hallar ölkənin imicinə mənfi təsir edir. Əcnəbilərin gözündə bu qeyri-sivilliyin təzahürüdür", - Saakaşvili qeyd edib.

Saakşvili hesab edir ki, ölkənin sivill inkişafını müxtəlif siyasi qüvvələrin daimi dialoqu hesabına təmin etmək olar.     

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti