...

İran və ABŞ arasında münasibətlərin yaxşılaşmasına çalışacam - prezidentliyə namizəd

Siyasət Materials 19 May 2009 15:38 (UTC +04:00)
İran və ABŞ arasında münasibətlərin yaxşılaşmasına çalışacam - prezidentliyə namizəd

"Əgər prezident seçilərəmsə, ABŞ və İran arasında münasibətlərin yaxşılaşmasına dair yaranmış fürsətdən istifadə edərək, münasibətlərin yaxşılaşmasına çalışacam", - deyə İranın Məşvərət Şurasının üzvü və prezidentliyə namizəd Möhsün Rezai çərşənbə axşamı bildirib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Onun fikrincə, ABŞ-ın İranla danışıq tərzi dəyişib, bu üzdən yaranmış fürsətdən İranın güclənməsi naminə istifadə edilməlidir.

Rezayi öz platformasında koalisiya hökuməti yaradacağı barədə bəyan edib.

"Mən koalisiya hökumətində təkliflər səsləndirəcəm. ABŞ-ın hansı sahələrdə dəyişiklik etməli olduğunu əks etdirən təklifləri onlara təqdim edəcəm və ümumiyyətlə, yaranmış yaxşı fürsətin əldə çıxmasına icazə verməyəcəyəm", - deyə Rezayi bildirib.

"Sepah" İslam İnqilabı Keşikçiləri Korpusunun (İnqilabi Qvardiya) sabiq komandiri Möhsün Rezai (Mohsen Rezaee) prezident seçkilərində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçib. Rezai İranın Məşvərət Şurasının üzvü və Mühafizəkarlar düşərgəsindən olmasına baxmayaraq, namizədliyini müstəqil şəkildə irəli sürüb.

İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs Ali Dini Rəhbər tərəfindən təsdiqləndikdən sonra status əldə edir. Ali Dini Rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.

İranda siyasi xadimlərdən İran prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi (Mir Hossein Mousavi) rəsmi qeydiyyatdan keçiblər.

İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti