Azərbaycan, Bakı, 20 may / Trend , müxbir Ü.Sadıxova /
Azərbaycan Sosial Araşdırmalar Fondunun prezidenti Rəşad Rzaquliyev hesab edir ki, Azərbaycan Dövlət Neft Akademiyasında törədilən hadisə, Ermənistan-Türkiyə sərhədlərinin açılması ətrafında baş verən son hadisələri nəzərə alsaq, Azərbaycan Hökumətinə təzyiq yollarından biridir.
"Bunun hazırda Azərbaycan Hökumətinə birbaşa və ya bilavasitə təsir edən bütöv texnologiyalar spektrı kimi istifadə olunmasına şübhə etmirəm", - deyə Türkiyə-Ermənistan "Yol xətirəsi" müzakirələri ilə bağlı politoloqların iştirakı ilə keçirilən "Dəyirmi Masa" iclasında çıxış edən Rzaquliyev bildirib.
Aprelin 30-u səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda silahlı şəxs atəş açmağa başlayıb. Hadisə zamanı "Makarov" tipli tapançadan istifadə olunub. Silahlı hücum nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.
Rzaquliyev əlavə edərək bildirib ki, bu sadəcə əqli çatışmazlığı olan bir şəxsin insanlara hücum etməsi deyil, dərin köklərə malik bir hadisədir.
"Cənubi Qafqazda şəxsi maraqları və onların həyata keçirliməsini istəyən geosiyasi qüvvələr qrupu var", - o, bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]