...

ATƏT-in Bakı ofisinin təşkil etdiyi müsbət biznes və investisiya mühitinin təşviqinə dair seminar öz işinə başlayıb

Siyasət Materials 21 May 2009 00:35 (UTC +04:00)

Mayın 20-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında ATƏT-in təşkil etdiyi müsbət biznes və investisiya mühitinin təşviqinə dair seminar başlayıb, ATƏT-in rəsmi saytı xəbər verir.

ATƏT-in Bakı Ofisinin, Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı ilə, təşkil etdiyi üçgünlük seminar etibarlı biznes və investisiya mühitinin Azərbaycanın iqtisadi inkişafında vacib rolunu önə çəkir. Tədbirdə iştirak edən tələbələr və dövlət rəsmiləri biznesin inkişafına yol açan mühitə tövhə verən müxtəlif aspekt və mexanizmləri də müzakirə edəcəklər.

Seminarın açılış mərasimində çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Səfir Bilge Cankorel bu seminarın iqtisadi inkişafı stimullaşdıran siyasətə birbaşa təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. "İqtisadi inkişafı təşviq etmək üçün vacib elementlərdən biri müvafiq biznes və investisiya mühitinin yaradılmasıdır. Bu da öz növbəsində, özəl sektorun çiçəklənməsinə, daha sonra isə yeni iş yerlərinin yaranmasına, gəlirin artmasına və maddi-rifah halının yüksəlməsinə səbəb olacaq."

Seminar zamanı, bir neçə beynəlxalq ekspert ATƏT-in "Müsbət Biznes və İnvestisiya Mühiti üçün ən Yaxşı Təcrübə Bələdçisi"ndə öz əksini tapmış prinsiplər və tövsiyyələr haqqında mühazirələr oxuyacaq. 2006-cı ildə çap olunmuş bələdçinin Azərbaycan versiyası 2008-ci ildə işıq üzü görüb.

Xəbər lenti

Xəbər lenti