MDB ölkələri Hökumət Başçıları Şurasının növbəti iclası noyabrda Ukraynanın Yalta şəhərində keçiriləcək. Məlumatı KazTAQ yayıb.
"Düşünürəm Ukraynanın Yalta şəhərində keçiriləcək növbəti görüşədək may ayından başlayaraq altı ay ərzində baş verən hadisələri təhlil edə biləcəyik", - Qazaxıstanın Baş naziri Kərm Məsimov bu gün Astanada baş tutan Şura iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
"Bir daha qeyd etmək istəyirəm ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dediyi kimi, MDB-nin bir təşkilat olaraq uğurlu ola bilməməsi və onun gərəksiz olduğu haqqında iddialar əsassızdır. Çünki hazırda keçirilən görüşlər hökumətlərarası səviyyədə xalqların rifahı naminə qərarlar qəbul etməyə imkan verir", - Məsimov əlavə edib.