...

Türkiyə Suriya-Israil danışıqlarında vasitəçi olaraq qalacaq – Türkiyə XİN başçısı

Siyasət Materials 23 May 2009 14:32 (UTC +04:00)

Suriya, Dəməşq, 23 may / Trend , xüsusi müxbir Ü.Sadıqova /

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin Suriya-İsrail danışıqlarında bundan sonra da vasitəçi qişmində çıxış edəcəyini bildirib.

"Türkiyə bundan sonra da İsrail və Suriya arasında vasitəçi qismində çıxış edəcək", - deyə Davudoğlu bu gün Dəməşqdə keçirilən İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclasında bildirib.

XİN rəsmisi onu da qeyd edib ki, Türkiyənin bu iki ölkə arasında vasitəçi kimi çıxış etməsi çox əlverişlidir.

Xəbər lenti

Xəbər lenti