Gürcüstan, Tbilisi, 25 may / Trend , müx. N.Kirsxalia /
Gürcüstan radikal müxalifətinin yüz avtomobildən ibarət avtomobil karvanı bu gün Kaspi, İqoeti istiqamətində gedəcək və Gürcüstan paytaxtının yaxınlığında yerləşən Mtsxetidə dayanacaq.
Mayın 26-da karvan Tbilisi istiqamətində hərəkət edəcək. Hazırda paytaxtın rayonlarında "vətəndaş paradı"nda iştirak üçün fəal təşviqat işləri görülür.
İlk olaraq müxalifət və onun tərəfdarları Tbilisidə, yenidənqurma işlərindən sonra 55 min adam tutumuna malik Borisa Payçadze adına milli stadionda toplaşacaqlar. Orada bütün iştirakçılar and içəcəklər və sonra paytaxtın mərkəzinə yürüş edəcəklər.
Onlar yenidən Gürcüstan parlamentinin binasının qarşısına toplaşacaqlar. Müxalifət liderlərinin bildirdiyinə görə, onlar heç bir yerə soxulmağı və mövcud Konstitusiyanın çərçivələrini aşmağı planlaşdırmırlar.
Qeyd etmək lazımdır ki, həmin müxalifətin məlumatına görə, hökumət 26 may - Gürcüstanın Müstəqillik Günündə, hazırda NATO və onun tərfdaşlarının təlimlər keçirdiyi Vaziani hərbi bazasında hərbi parad keçirəcək. Hökumət strukturları hələki bu məlumatı təsdiq etmirlər.
Xatırladaq ki, aprelin 9-dan etibarən 14 əsas siyasi hərəkat Tbilisidə etiraz aksiyaları təşkil edir. Ötən həftə müxalifətçilər ölkə ərazisini dolaşaraq "vətəndaş paradı"nda iştirak üçün təşviqat işləri aparıblar.
Məqalə müəllifi ilə əlaqə: [email protected]