...

İsrail Rusiyanın Fələstin hərəkatı – HƏMAS ilə əlaqə saxlamaq qərarından məyus olub – Baş nazirin dəftərxanası

Siyasət Materials 25 May 2009 13:16 (UTC +04:00)

İsrail Rusiyanın Fələstin hərəkatı - HƏMAS ilə əlaqə saxlamaq qərarına "dərindən məyus" olub. Bu barədə Baş nazir Binyamin Netanyahunun dəftərxanasının məlumatında deyilir. Məlumat bu gün İsrail televiziyasında oxunub, İTAR-TASS yazır.

Baş nazirin dəftərxanası qeyd edir ki, "RF XİN-in rəhbəri Sergey Lavrovun HƏMAS siyasi bürosunun rəhbəri Xalid Məşəllə görüşü Rusiya hökumətinin Moskvada Yaxın Şərq üzrə keçiriləcək konfransa hazırlıq fonunda qəribə görünür". Netanyahunun ofisindən bildiriblər ki, "HƏMAS bütün beynəlxalq instansiyalar, o cümlədən beynəlxalq vasitəçilərin "kvartet"i /Aİ, BMT, Rusiya və ABŞ/ tərəfindən terrorçu qruplaşma kimi tanınıb".

Hərbi radionun məlumatına görə, bu bəyanatın layihəsinin formulu ilkin olaraq sərt olub, lakin XİN-in rəhbəri Avidqor Libermanın müdaxiləsindən sonra mülayimləşdirilib. Onun iyunun əvvəlində Moskvaya səfər edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti