...

Bakıda restoranda əxlaqsızlıq yuvası təşkil edən qadın saxlanılıb

Siyasət Materials 25 May 2009 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend , müxbir K.Zərbalıyeva /

Bakıda restoranda əxlaqsızlıq yuvası təşkil edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a  verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qızqayıt Məmmədova Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisindəki  icəradarı olduğu "Türk" restoranında əxlaqsızlıq yuvası təşkil edib.

Faktla bağlı İdarədə cinayət işi başlanıb.

Ötən il insan alveri ilə bağlı cinayətlərin sayı 2007-ci illə müqayisədə 39,2 faiz artaraq 394 təşkil edib.

O cümlədən fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama ilə bağlı 300 fakt aşkarlanıb və bu göstərici 2007-ci illə müqayisədə 100 fakt çox olub.

2008-ci ildə insan alveri ilə bağlı cinayətlərə görə 349 nəfər məsuliyyətə cəlb olunub. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 60,8 faiz artıb. Həmin cinayətləri törədənlərin 56,2 faizi - 196 nəfəri qadınlar olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti