...

Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Hökumətinin yerləşdiyi binada xatirə lövhəsinin açılışında iştirak edib

Siyasət Materials 25 May 2009 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend /

Azərbaycan Prezidenti mayın 25-də Gəncədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Hökumətinin yerləşdiyi binada - Azərbaycan Dövlət Aqrar Universitetinin girişində xatirə lövhəsinin açılışında iştirak edib, AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Prezident İlham Əliyev üzərində "Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və Hökuməti 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər bu binada fəaliyyət göstərib" sözləri yazılmış lövhənin üstündən örtüyü götürüb.

Azərbaycanın müstəqil dövlət olması ilk dəfə məhz bu binadan radioqram vasitəsilə bütün Avropa ölkələrinə elan edilmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti