...

Azərbaycan Prezidenti Nizami Gəncəvinin abidəsində aparılan yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 25 May 2009 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də dahi Azərbaycan şairi Nizami Gəncəvinin qədim Gəncənin mərkəzindəki abidəsində aparılan yenidənqurma işləri ilə tanış olub, AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Prezidentə məlumat verilib ki, 1949-cu il aprelin 30-da tuncdan qoyulmuş bu möhtəşəm abidənin Daşkəsən mərmərindən hazırlanmış postamenti artıq köhnəlib. Hazırda postamentin mərmər örtüyü yenisi ilə əvəzlənir, abidənin ətrafında abadlıq işləri aparılır, müasir işıqlandırma sistemi quraşdırılır, yeni oturacaqlar qoyulur.
Bu ay başlanmış yenidənqurma işlərinin iyunun 15-də - Milli Qurtuluş günündə başa çatdırılması nəzərdə tutulub.

Mayın 25-də axşam Prezidentin Gəncəyə səfəri başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti