...

Qırğızıstan və Özbəkistan sərhədində vəziyyət gərginləşməyə meyillidir - Sərhəd Xidməti

Siyasət Materials 27 May 2009 11:37 (UTC +04:00)

"Qırğızıstan-Özbəkistan dövlət sərhədində vəziyyət gərginləşməyə meyillidir", - deyə "24.kg" İnformasiya Agentliyinə (İA) Qırğızıstan Sərhəd Xidməti sədrinin müavini Çolponbek Turusbekov bildirib.

"24.kg" İA, Özbəkistan Baş Prokurorluğunun Əndican əyalətində yerləşən Xanabad şəhərindəki blokposta hücum edən quldurların Qırğzıstan ərazisindən gəlmələrinə dair bəyanatına şərh almaq üçün Qırğızıstan Respublikasının Sərhəd Xidmətinə müraciət edib.

"Biz Özbəkistan Baş Prokurorluğnun bəyanatından xəbərdarıq. Bu bəyanat bizdə təəccüb yaradıb", - deyə QR SX rəhbərinin müavini bildirib.

"Ölkənin Baş Prokurorluq kimi orqanının, bundan əlavə rəsmi hakimiyyətin dilindən həqiqətəuyğun olmayan bir şey haqqında rəsmi bəyanat eşitmək təəccüb yaradır", - deyə Turusbekov bildirib.

"Bu səhv məlumatdır", - deyə QR SX sədrinin müavini əlavə edib.

Turusbekovun verdiyi məlumata görə, gərgin zonada ötən gecə sakit keçib.

"Qırğızıstan Respublikasının Cəlal-Abad rayonunda və Əndicanın Ruz ərazisində yerləşən qırğız-özbək dövlət sərhədində vəziyyət mahiyyət etibarı ilə sakitdir, lakin qeyd etmək lazımdır ki, o gərginliyə meyillidir", - deyə Turusbekov əlavə edib. 

Qırğızıstan Respublikası Sərhəd Xidmətinin sədr müavini qeyd edir ki, giriş və çıxışlarda yerləşən nəzarət-buraxılış məntəqələri Qırğızıstan vətəndaşlarının Ruz ərazisindən girişinə və eyni zamanda Özbəkistan vətəndaşlarının Qırğızıstandan Ruz ərazisinə çıxışına heç bir maneə törətmədən fəaliyyət göstərir. 

Turusbekovun verdiyi məlumata görə, Cəlal-Abad sərhəd bölüyünün şəxsi heyəti gücləndirilmiş rejimdə xidmət çəkir.

Xəbər lenti

Xəbər lenti