...

Gürcüstanın radikal müxalifət tərəfdarları piket keçirmək məqsədilə meriyaya doğru istiqamət götürüb

Siyasət Materials 28 May 2009 14:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 may / Trend , N.Kirtsxaliya /

Tbilisidə İdman sarayının yanında 300 nəfərə yaxın radikal müxalifət tərəfdarı toplaşıb. Liderlərdən David Qamkrelidze, Eka Beseliya, Bejan Qunava, David Berdzeneşvili və David Usupaşvili də onların arasındadır.

Aksiya iştirakçılarının bir hissəsi İdman sarayının yaxınlığında yerləşən Tbilisi meriyasına tərəf istiqamət götürüb.

Qamkrelidze jurnalistlərə deyib ki, meriya qarşısında keçirilən piket bir neçə saat davam edəcək. "Bu üsulla biz patriarxa Tbilisi meri Qiqi Uqulava tərəfindən edilən təzyiqlərə etiraz bildirəcəyik. Tələb edirik ki, meriya siyasi məsələlərə müdaxilə etməsin", - Qamkrelidze qeyd edib.    

İdman sarayından Tbilisi meriyasına yürüş təşkil edən müxaliflər Kostava küçəsi boyunca yol hərəkətini saxlayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti