...

Gürcüstanda müxalifət tərəfdarları meriya binası qarşısında piket keçirirlər

Siyasət Materials 28 May 2009 15:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 may / Trend , N.Kirtsxaliya /

Radikal müxalifətin təqribən 500 tərəfdarı və onların bəzi liderləri Tbilisi meriyası qarşısında mitinqə başlayıb. Mitinqə toplaşanlar qarşısında meriyanı "Saakaşvili tərəfdarlarının daxması" adlandıran müxalifət liderləri toplaşıb.

Onların sözlərinə əsasən, burda Saakaşvilinin tərəfdarları toplaşaraq müxalfəti və xalqı təxribata sürükləməyin yollarını axtarırlar. 

Aksiya iştirakçıları bildiriblər ki, istədikləri qədər meriya binası qarşısında qalacaqlar.

Çıxış edənlər mayın 26-da 40 minə yaxın müxalifət tərəfdarının toplaşdığı Müqəddəs Troitsa kilsəsinə bütün Gürcüstanın Katalikos-Patriarxının moizəsinə gələn Tbilisi merinin "həyasızlığını" pisləyirlər.

Qeyd etmək lazımdır ki, Tbilisi meri Uqulava əvvəllər dini seminariyada təhsil alıb və patriarxın moizələrini ötürmür.   

Meriya binası qarşısındakı Şartava küçəsində avtomobillərin hərəkəti dayandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti