Gürcüstan, Tbilisi, 29 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanın xarici işlər naziri Qriqo Vaşadze ABŞ səfiri Con Tefti BMT-nin ölkədəki gələcək missiyasına dair gürcü tərəfinin baxışları ilə tanış edib.
XİN-in informasiya və mətbuat departamentindən verilən məlumata görə, ABŞ səfiri görüşdə qeyd edib ki, Amerika tərəfinin BMT-nin Gürcüstandakı gələcək missiyasına baxışı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə əsaslanır.
Tərəflər bu məsələ üzrə sıx məsləhətləşmələri davam etdirmək və bir-birini mütəmadi məlumatlandırmaq haqda razılığa gəliblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]