...

Azərbaycan Prezidenti Rusiya Federasiyasının energetika nazirini qəbul edib

Siyasət Materials 29 May 2009 20:32 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Rusiya Federasiyasının energetika naziri Sergey Şmatkonu qəbul edib. Məlumatı AzTV telekanalı yayıb. Görüşdə Rusiyanın energetika naziri Şmatko Bakıda eyni vaxtda iki mühüm tədbirin Azərbaycan-Rusiya hökumətlərarası birgə komissiyanın toplantısının və MDB ölkələrinin elektro-enerji şurasının növbəti iclasının keçirilməsinin əhəmiyyətini vurgulayıb.

Elektro-enerji sisteminin vacib sahə olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev ikitərəfli səviyyədə əməkdaşlığımızın böyük təcrübəyə malik olduğunu deyib və eyni zamanda çoxtərəfli əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Rusiya enerji sahələri bir-birini tamamlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti