...

Azərbaycan Prezidenti Bakı İstintaq Təcridxanasının korpusunun açılış mərasimində iştirak edib

Siyasət Materials 29 May 2009 20:38 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakı İstintaq Təcridxanasının korpusunun açılış mərasimində iştirak edib. Məlumatı AzTV telekanalı yayıb.

Dövlət başçısı əvvəlcə müəssisənin baş planı ilə tanış olub. Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Bakı İstintaq Təcridxanası rejim korpuslarından, inzibati binadan, karantin otağından, qısa və uzunmüddətli görüş otaqlarından, istintaq bölməsindən, təsərrüfat, məişət xidmətləri üzərində saxlanılan məhkumlar üçün nəzərdə tutulan korpuslardan ibarətdir. Müəssisədə saxlanılma limiti 2500 nəfərdir. Müəssisədə 1,2, 4 və 6 nəfərlik 76 saxlama kamerası mövcuddur. Korpuslar Mərkəzi korpus vasitəsilə bir-birinə bağlanır.

Məmmədov bildirib ki, yaxın gələcəkdə təcridxananın yerləşdiyi ərazinin yaxınlığında Ağır Cinayətlərə dair İşlər üzrə Respublika Məhkəməsi üçün inzibati binanın tikintisi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti