...

İran Hərbi Dəniz Qüvvələri üç "Əl-Qədir" tipli sualtı gəmini dənizə buraxıb

Siyasət Materials 1 İyun 2009 13:09 (UTC +04:00)

İran Hərbi Dəniz Qüvvələri üç "Əl-Qədir" tipli sualtı gəmini Bəndər Abbas limanında dənizə buraxıb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Mərasimdə İranın müdafiə naziri Məhəmməd Mustafa Nəccar iştirak edib. "Üç İran istehsalı olan "Əl-Qədir" tipli sualtı gəmi və 18 ədəd sürətli hərəkət edən kater Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib", - deyə Nəccar bildirib.

O əlavə edib ki, Boinq -747 yanacaq dolduran təyyarəsi də yerli mütəxəssislər tərəfindən yenidən təmir olunaraq istifadəyə verilib. "Bundan başqa, iki ədəd "Azərxəş" və "Saiqə" tipli təyyarə yenidən təmir olunaraq istifadəyə verilib", - deyə Nəccar bildirib.

Xəbər lenti

Xəbər lenti