...

Azərbaycanın solçu partiyası bələdiyyə seçkisinə hazırlığa start verib

Siyasət Materials 1 İyun 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir C.Babayeva /  

Azərbaycan Xalq-Sosialist Partiyası (AXSP) bələdiyyə seçkisinə təşkilati hazırlığa start verib.

AXSP-nin Mərkəzi Şurasının bazar ertəsi qəbul etdiyi qərara əsasən, partiya seçkidə öz namizədləri və müşahidəçiləri ilə iştirak edəcək, AXSP-nin yaydığı məlumatda bildirilib.

Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrında keçirilməsi nəzərdə tutulub. AXSP ötən ilin oktyabrında yaradılıb. 

Mərkəzi Şura həmçinin payızda keçiriləcək Azərbaycanın Sol Qüvvələrinin Ümumrespublika Forumunun təşkili üçün AXSP-nin beş fəalını Forumun təşkilat komitəsinə seçib.

Azərbaycanın Sol Qüvvələrinin Ümumrespublika Forumunun təşkilat komitəsində Azərbaycan Xalq-Sosialist, Kommunist və Solçu Demokrat partiyaları təmsil olunur. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti