Air France rəhbərliyi bildirib ki, bu şirkətə məxsus Airbus A-330-200 Atlantik okeanı üzərində itməzdən əvvəl güclü burulğan zonasına düşüb və böyük ehtimalla layneri ildırım vurub, RİA Novosti xəbər verir.
Yerli vaxtla 11:10-da Ruassi-Şarl-de-Qoll hava limanında enməli olan laynerdə, dəqiqləşdirilmiş məlumatlara görə, 228 nəfər - 216 sərnişin və 12 ekipaj üzvü olub.
A-330-dan gələn son məlumat təyyarənin elektrik sisteminin işindəki nasazlıqlar barədə olub.
Aviaşirkət və Fransanın ekologiya və enerji naziri Jan-Lui Borloonun fikrincə, həqiqətə ən yaxın fikir laynerin qəzaya uğramasıdır.
RİA-Novostinin verdiyi məlumata görə, Fransa XİN hələ ki, reysdəki sərnişinlərin milli mənsubiyyəti barədə məlumat vermir.