...

Gürcüstanın dəmir yolu xəttində partlayış baş verib

Siyasət Materials 2 İyun 2009 10:53 (UTC +04:00)
Gürcüstanın dəmir yolu xəttində partlayış baş verib

Çərşənbə axşamı səhər Qərbi Gürcüstanın Hobi-Zuqdidi bölgəsindən keçən dəmir yolunda partlayış baş verib, RİA Novosti agentliyi "Gürcüstan dəmir yolu" ASC-yə istinadən xəbər yayıb.

Şirkətin məlumatına görə, partlayış səhər saat 07:30-radələrində, dəmir yol heyətinin ərazidən keçməsinə az müddət qalmış baş verib.

"Xoşbəxtlikdən qeyd olunan bölmədə körpü olmayıb. Dəmir yoluna az ziyan dəyib və biz qeyd olunan yerdən saat 9:05-də dəmir yol heyətinin keçəcəyini planlaşdırırıq. Zərər çəkmiş bölgə həmin vaxta qədər bərpa ediləcək", - agentlikdən bildiriblər.

Hadisə yerində hazırda kriminalistlər işləyirlər.

Xəbər lenti

Xəbər lenti