...

Moskvada Azərbaycanın Rusiyanın milli təhlükəsizliyini təhdid altına almayacağına əmindirlər - səfir

Siyasət Materials 5 İyun 2009 13:23 (UTC +04:00)
Moskvada Azərbaycanın Rusiyanın milli təhlükəsizliyini təhdid altına almayacağına əmindirlər - səfir

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir V.Javoronkova /

"Moskvada Azərbaycanın Rusiyanın milli təhlükəsizliyini təhdid altına almayacağına əmindirlər", - cümə günü RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çıxış edərkən deyib.

"Bizim aramızda yüksək səviyyəli qarşılıqlı anlaşma və hörmət var", - Doroxin bildirib.

Səfir deyib ki, ilk növbədə inam mövcuddur. Onun sözlərinə görə, hətta müharibə kimi çətin durumlarda Azərbaycan rəhbərliyi nəzakəti saxlayan bir formul tapa bilib. "Biz Azərbaycanı olduğu kimi qəbul edirik və bundan artığını da istəmirik", - rusiyalı diplomat deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlət kimi sabitdir və dünya arenasında nə istədiyini bilir. "Bu artıq kiçik qardaş yox, müstəqil bir dövlətdir", - səfir qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti