...

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq uzun illər davam edəcək – səfir

Siyasət Materials 5 İyun 2009 15:49 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq uzun illər davam edəcək – səfir

Qazaxıstan, Astana, 05 iyun / Trend , müxbir K.Konırova /

Strateji tərəfdaşlar olan Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq uzun illər davam edəcək. Bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Trend -a müsahibəsində bildirib.

"Ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir. Qazaxıstan və Azərbaycan strateji tərəfdaşlardır. Son dörd il ərzində biz qarşılıqlı münasibətlərimizin xarekterini müəyyənləşdirən dörd vacib sənəd imzalamışıq", - deyə səfir bildirib.

Onun sözlərinə əsasən, ölkələrimiz energetika və nəqliyyat sahələrindəki bir sıra böyük beynəlxalq layihələrdə birgə iştirak edir. Bu sahələrdəki qarşılıqlı münasibətlər inteqrasiya xarakteri daşıyır.

"Bu gün beynəlxalq cəmiyyətdə Azərbaycana və Qazaxıstana Avropada enerji təhlükəsizliyi sahəsində ümid edilir və məlum olduğu kimi, Azərbaycan və Qazaxıstan arasında xüsusi enerji körpüsü - Xəzər neftinin beynəlxalq bazarlara çıxarılması üçün nəzərdə tutulan Xəzərin Qazaxıstan nəqliyyat sistemi tikiləcək", - deyə səfir bildirib.

Azərbaycan və Qazaxıstan arasında əmtəə mübadiləsi 2009-cu ilin yanvar-mart ayları üzrə 19,9 milyon dollar təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti