...

NATO-nun qapıları Azərbaycan üçün açıqdır – Rumıniya XİN-in dövlət katibi

Siyasət Materials 9 İyun 2009 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir Y.Ostapenko /

Azərbaycan hələ ki, NATO-nun üzvü olmaq arzusunu bildirməyib, lakin alyansın qapıları ölkə üçün açıqdır, hər şey ölkədən asılıdır. Bu barədə çərşənbə axşamı Rumıniya XİN-in strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku bəyan edib.

"Ölkənin alyansa daxilolma məsələsində heç bir ziddiyyət və qarşıdurma yoxdur. NATO Rusiya, Çin və heç kəsin əleyhinə çıxış etmir. Üzvlük ölkədən asılıdır və heç kəsin əleyhinə yönəlməyib", - Azərbaycanda NATO həftələri seminarında dinləyicilər qarşısında çıxış edən Auresku bildirib.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 4 may 1994-cü ildə çərçivə sənədinin - "Sülh naminə tərəfdaşlıq" - imzalanması ilə qoyulub. Azərbaycan ATƏT-in 27 üzv ölkəsindən bu proqrama birinci üzv olanlar sırasındadır.

1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb və bu qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edib. Hazırda bu proqrama uyğun olaraq, Azərbaycan üzərinə qoyulmuş 50 tərəfdaş tapşırığını yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə şəxsi tərəfdaşlıq üzrə fəaliyyət planının təsdiq edilməsi" haqqında göstəriş imzalayıb.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə şəxsi tərəfdaşlıq üzrə fəaliyyət planının" ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti