...

İran Prezidenti ABŞ rəsmilərinin onu həbs etmək niyyətində olduğunu bildirib

Siyasət Materials 10 İyun 2009 16:20 (UTC +04:00)
İran Prezidenti ABŞ rəsmilərinin onu həbs etmək niyyətində olduğunu bildirib

İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, BMT-nin konfranslarında iştirak etmək üçün Nyu Yorka səfərindən öncə, ABŞ Admnistrasiyası rəsmən onu həbs etməklə bağlı qərar qəbul etmişdi. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"BMT-nin iclasında çıxış etmək məqsədi ilə Nyu-Yorka səfərimdə mənə qarşı təzyiqlər daha da artdı. ABŞ rəsmiləri bildirmişdi ki, əgər ora səfər edərəmsə məni həbs edəcəklər, lakin mən İran xalqının sözünü dünyaya çatdırmaq üçün BMT-nin iclasında iştirak etdim", - Əhmədinejad çərşənbə günü Tehranda çıxışı zamanı bildirib.  

Əhmədinejad əlavə edib ki, Kolumbiya Universitetində çıxış etməmişdən öncə, televiziyada bir ABŞ rəsmisi onun həbs edilərək bütün planlarının pozulmasını istəyib.

İran Prezidenti Əhmədinejad BMT-nin iclasında iştirak etmək üçün 4 dəfə Nyu Yorka səfər edib.

Xəbər lenti

Xəbər lenti