...

Gürcüstan Aİ missiyasının güclənməsinin tərəfdarıdır - XİN

Siyasət Materials 16 İyun 2009 14:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 iyun / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan ölkənin münaqişə regionlarında Aİ müşahidəçi missiyasının güclənməsinin tərəfdarıdır", - bu gün brifinqdə Gürcüstan XİN başçısı Qriqol Vaşadze deyib.

ATƏT və BMT missiyalarının Gürcüstandan gedişindən sonra ölkədə qalan yeganə beynəlxalq missiya Aİ-tyə məxsusdur. O, Gürcüstanda münaqişə zonalarında müşahidəni həyata keçirir.

"Bu missiyalar buna hüquqları olmasına baxmayaraq, hələ ki, münaqişə zonalarına buraxılmayıblar. Onlar vacib rol oynayır və gücləndirilməlidirlər", - nazir bilidirib.  

Vaşadze Gürcüstanın 12 avqust 2008-ci ildə atəşin dayandırılması üzrə müqavilənin yerinə yetirilməsi tərəfdarı olduğunu bir daha təsdiqləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti